Ofis binası, Nərimanov
16 mərtəbəli ofis binasında çillerin kompressor təmiri və iki AHU-nun modernizasiyası.
Hava emalı aqreqatları
AHU binaya verilən təmiz havanın keyfiyyətini, temperaturunu və rütubətini idarə edir. Düzgün servis olunmayan aqreqat həm çox enerji yandırır, həm də çirkli hava verir.
Hava emalı aqreqatı (AHU) çöldən alınan havanı filtrləyir, soyudur və ya qızdırır, sonra kanallarla otaqlara paylayır. Filtr tıxandıqda fan daha çox işləyir, hava axını azalır və otaqlarda havasızlıq hiss olunur.
Biz filtrlərin dəyişdirilməsindən tutmuş fan balanslaşdırmasına və avtomatikanın yenidən sazlanmasına qədər bütün işləri yerinə yetiririk.
Hesablama, avadanlıq seçimi, montaj və işə salma.
Qrafik üzrə səfərlər, ölçmələr və yazılı hesabat.
Diaqnostika, ehtiyat hissələri və sürətli bərpa.
Köhnə sistemlərin enerjiyə qənaətli yenilənməsi.
| Sistem növləri | Çərçivəli, modullu, dam tipli (rooftop) aqreqatlar |
|---|---|
| Planlı servis | Filtr: 1–3 ayda bir, tam servis ildə 2 dəfə |
| Qəza çağırışı | Müqaviləli obyektlərə 24/7 |
| Zəmanət | Görülən işlərə 12 ay |
16 mərtəbəli ofis binasında çillerin kompressor təmiri və iki AHU-nun modernizasiyası.
Əməliyyat blokları üçün HEPA filtrli AHU və təzyiq balansının qurulması.
Bakının tozlu iqlimində ilkin filtrləri adətən 1–2 ayda bir, incə filtrləri 3–6 ayda bir dəyişirik. Dəqiq müddəti filtrdəki təzyiq fərqi göstərir.
Çox vaxt təmiz hava klapanı az açıqdır, filtr tıxanıb və ya fan kəməri boşalıb. Yerində ölçmə apararaq səbəbi dəqiqləşdiririk.
Bəli. Tezlik çeviricisi, EC fan və ya rekuperator əlavə edilməsi ilə enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaltmaq olur.
Zəng edin — mühəndis vəziyyəti telefonda qiymətləndirib ustanı yola salacaq.