Ofis binası, Nərimanov
16 mərtəbəli ofis binasında çillerin kompressor təmiri və iki AHU-nun modernizasiyası.
Mərkəzi soyutma stansiyaları
Çiller binanın soyutma sisteminin ürəyidir. Kompressor, kondensator və buxarlandırıcının vəziyyətini ölçüb yoxlayır, nasazlığı iri qəzaya çevrilmədən aradan qaldırırıq.
Biznes mərkəzləri, otellər, ticarət mərkəzləri və istehsal sahələri adətən mərkəzləşdirilmiş çiller sistemi ilə soyudulur. Belə sistemdə bir aqreqatın dayanması bütün binanın dayanması deməkdir.
Ecozen mühəndisləri hava və su soyutmalı, vintli, spiral və mərkəzdənqaçma kompressorlu çillerlərlə işləyir. Hər servis səfərindən sonra ölçmə nəticələri və tövsiyələrlə yazılı hesabat təqdim edirik.
Hesablama, avadanlıq seçimi, montaj və işə salma.
Qrafik üzrə səfərlər, ölçmələr və yazılı hesabat.
Diaqnostika, ehtiyat hissələri və sürətli bərpa.
Köhnə sistemlərin enerjiyə qənaətli yenilənməsi.
| Sistem növləri | Hava soyutmalı, su soyutmalı, modullu çillerlər |
|---|---|
| Planlı servis | İldə 2–4 dəfə, mövsüm əvvəli və ortasında |
| Qəza çağırışı | Müqaviləli obyektlərə 24/7, Bakı daxilində 2 saat ərzində |
| Zəmanət | Görülən işlərə 12 ay |
16 mərtəbəli ofis binasında çillerin kompressor təmiri və iki AHU-nun modernizasiyası.
Üç çillerdən ibarət soyutma stansiyasına illik texniki xidmət müqaviləsi.
Ən azı yay mövsümü başlamazdan əvvəl, aprel–may aylarında. Yüklənmə yüksək olan obyektlərdə mövsüm ortasında ikinci yoxlama tövsiyə edirik.
Yalnız müvəqqəti. Freon azalırsa, sistemdə sızma var. Əvvəlcə sızma yerini tapıb təmir edirik, sonra doldururuq.
Enerji sərfiyyatını, təmir tarixçəsini və ehtiyat hissələrin əlçatanlığını hesablayıb hər iki variantın qiymətini yazılı şəkildə təqdim edirik.
Zəng edin — mühəndis vəziyyəti telefonda qiymətləndirib ustanı yola salacaq.